Şotka Nədir?

Şotka Nədir?

Toplama və çıxma kimi hesab əməliyyatlarının həyata keçirilməsində istifadə edilən, rəqəm yerinə muncuq və buna oxşar əşyalardan istifadə olunan hesab vasitəsinə şotka deyilir. 

 

         Şotka qədim Yunan mənşəli sözdür. Qədim Yunanlar, Romalılar, Misirlilər, Hindlilər və Çinlilər hesab əməliyyatlarını həyata keçirərkən şotkadan istifadə edirdilər. Rəqəmlər simvollarla göstərilməyə başlandığı andan etibarən şotkadan istifadə azaldı. 

 

         Şotkanın tarixi.

         Eramızdan əvvəl 2400-cü illərdə Çində yaranan şotka dəniz ticarəti həyata keçirən tacirlər tərəfindən Kirit və Miken bölgələrindən Avropa və Amerikaya yayılmışdır. Şotka hərəkət edən hissələrdən ibarət olan ilk hesab maşınıdır. Ərəb rəqəmləri və sıfır rəqəmi şotkanın köməkliyi ilə ortaya çıxmışdır. Şotka hal-hazırda dünyanın müxtəlif ölkələrində xüsusilədə məktəb yaşına çatmayan uşaqlarda riyazi biliklərin (zəkanın) inkişaf etdirilməsi məqsədilə istifadə edilir.

 

         Müasir hesab maşınlarının və kompüterlərin əcdadı sayılan şotka 4 əsas riyazi əməliyyat olan toplama, çıxma, vurma və bölmə əməliyyatlarını yerinə yetirir.

 

         Babillilər tərəfindən kəşf edilən şotka yüz illər boyunca ticarətdə böyük önəm daşımışdır. Şotkanın əsası Kirit və Mikendə qoyulmuşdur. İbtidai şotkaların demək olar ki hamısında Kirit və Miken bəzək sənətindən nümunələr görmək olar.  

 

         Çinlilər tərəfindən istifadə edilən şotka hal-hazırda suan phan (hesab taxtası) və ya chu suan phan (muncuq hesablama taxtası) olaraq adlanır.

 

         Yaponlar tərəfindən istifadə edilən şotka soroban (hesab aləti) adlanır.

 

         Rusların istifadə etdiyi şotka stohoti (şoti) olaraq adlanır.